Mobil telefon

Lazer smartfonları enerji ilə dolduracaq

24 Fevral 2018 08:41
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün bütün telefon şirkətləri artıq "Bluetooth" və "Wi-Fi" texnologiyalarına üstünlük verərək naqillərdən imtina ediblər, amma smartfonların enerji ilə doldurulması üçün əvvəlki kimi naqillərə ehtiyac var. Lakin simsiz texnologiyaların inkişaf sürətinə görə yaxın vaxtlarda bu vəziyyətin dəyişəcəyini söyləmək olar. Vaşinqton Universitetini təmsil edən  komanda lazerlərin köməyi ilə qurğuların məsafədən və simsiz üsulla enerji ilə doldurulmasını nümayiş etdirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, komanda smartfonun arxa panelinə enerji xanası quraşdırıb və ona tərəf ensiz lazer şüası yönləndirib. Lazer sistemi 4,3 metr məsafədən 97 kv.sm-lik sahəyə 2 Vattlıq enerji verərək telefonu adi USB kabeli kimi sürətli şəkildə enerji ilə doldurub.
 
Lazer yayıcı telefonun enerji ilə doldurulmasına hazır olmasının avtomatik təyin edilməsi üçün nəzərdə tutulub. Smartfon isə insan qulağı tərəfindən eşidilməyən yüksəktezlikli siqnalların göndərilməsi üçün proqramlaşdırılıb. Bu siqnallar lazer qurğusuna smartfonun olduğu yer barədə məlumat verir.
 
"Olduğu yeri təyin edən bu səs sistemi ona zəmanət verir ki, istifadəçi smartfonu enerji doldurma səthinə qoyan kimi lazer yayıcı onu aşkar edə bilər" - tədqiqatın həmmüəllifi Vikram Ayer deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.