Mobil telefon

Google Pay təqdim olundu

24 Fevral 2018 08:01
0 Şərh     Baxış: 1 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti "Android Pay" xidməti və "Google Wallet" pul kisəsini özündə birləşdirən "Google Pay" ödəmə xidmətini istifadəyə verib. Bu haqda "Google"un bloqunda məlumat verilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni mobil proqram istifadəçilərə smartfonun köməyi ilə adi mağazalarda, "Chrome" brauzeri və kənar proqramlarda, həmçinin "Google Assistant" səsli köməkçisi vasitəsilə alış-veriş etməyə imkan verəcək. Bundan başqa, sözügedən mobil proqramdan Kiyev, London və Portlenddə gediş haqqının ödənişində istifadə etmək mümkün olacaq.
 
"Google"un məlumatında "Google Pay" xidməti üzərindən edilən ödənişlərin təhlükəsizliyi diqqətə çatdırılır. Məsələn, xidmət satıcılara istifadəçinin kart məlumatlarını deyil, yalnız onun üçün yaradılmış virtual hesab nömrəsini təqdim edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.