Mobil telefon

Bu da sındırılması mümkün olmayan smartfon...

22 Fevral 2018 08:35
0 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın AGM şirkəti sındırılması və ya zərər verilməsi mümkün olmayan yeni X6 telefonunu nümayiş etdirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tərtibatçılar bildirib ki, yeniliyin əsas özəlliyi onu məhv etməyin mümkün olmamasıdır.

Telefonun nümayişi hər il fevralın 25-dən martın 1-nə qədər Kataloniya paytaxtında keçirilən MWC sərgisi çərçivəsində baş tutacaq. Cihaz 6 düym ölçülü Full HD+ icazəli çərçivəsiz ekrana malikdir. O, ABŞ-ın "Qualcomm" şirkətinin istehsalı olan səkkiz nüvəli "Snapdragon 845" prosessoru ilə işləyəcək. Telefonun əsas kamerası ikili və 24 meqapiksel həcmində olacaq. Onun əməliyyat sisteminin əsasını isə "Android 8.0 Oreo" təşkil edəcək.

AGM şirkətində cihazın mühafizəsi haqqında dəqiq heç bir məlumat verilməyib. Ancaq bildiriblər ki, yenilik 2018-ci ilin ən möhkəm telefonu olacaq. Onun qiyməti barədə də hələlik heç bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.