Mobil telefon

“Nokia 9” təqdimata hazırdır

22 Fevral 2018 08:15
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə yeni "Nokia 9" flaqman smartfonunun fotoları yayılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihazın rəsmi təqdimatı Barselonada təşkil olunan "MWC 2018" sərgisi çərçivəsində, fevralın 25-də keçiriləcək.

Smartfon ikili ön və arxa kamera ilə təchiz olunub. Ön kamera 13 meqapiksel, arxa kamera 5 meqapikseldir. Displeyin diaqonalı 5,5 düymdür, ekranın küncləri mailidir.

Cihazın nazik çərçivəsi var. Barmaq izi skaneri arxa paneldə yerləşdirilib.

Smartfon "Qualcomm Snapdragon 845" prosessoru və "Android 8.0 Oreo" əməliyyat sistemi ilə işləyəcək. Operativ yaddaş 6-8 Gb, daxili yaddaş 64-128 Gb olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.