Mobil telefon

Smartfonlar daha sürətli və daha “ağıllı” olacaq

22 Fevral 2018 08:51
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən neyron hesablamalar üçün yaradılmış yeni çip məhdud avtonom işləmə imkanına malik qurğularda (smartfon və planşetlər) istifadə üçün nəzərdə tutulub. Yeni çipin köməyi ilə maşın təlimi məsələlərinin işlənməsinə sərf edilən enerjinin sərfiyyatı 95% azalacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, neyron şəbəkələri böyük məlumat massivlərini emal etməyə imkan verir. Amma bundan ötrü böyük hesablama gücü və enerji tələb olunur. Bu səbəbdən müasir smartfonlarda neyron şəbəkələrinin imkanları son dərəcə məhduddur.

Təqdim edilmiş yeni çip daha az enerji sərf etməklə neyron hesablamaların sürətini 3-7 dəfə artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.