Mobil telefon

iPhone ətraf mühiti skan edəcək

22 Fevral 2018 07:33
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti 2019-cu ildə "iPhone" smartfonlarının kamera imkanlarını genişləndirmək niyyətindədir. Belə ki, gələcək "Apple" smartfonlarının ətraf mühitin üçölçülü skan edilməsi funksiyası ilə təchiz edilməsi planlaşdırılır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, texnologiya mahiyyət etibarilə "iPhone X" modelinin ön "TrueDepth" kamerasının oxşarı olacaq.
 
Məlumata görə, ətraf dünyanın skan edilməsi "Apple" şirkətinin əlavə reallıq sahəsində inkişaf konsepsiyasının davamıdır. "iOS 11" əməliyyat sistemi yeniləməsi ilə şirkətin smartfon və planşetləri virtual kontenti qurğu kamerası vasitəsilə real dünyanın üzərindən göstərə bilən "ARKit" və "AR" əlavələri ilə dəstəklənməyə başlayıb.

Yeni texnologiya isə "iPhone" smartfonunun əsas kamerası vasitəsilə, məsələn, "iPhone X" modelinin ön kamerasında olduğu kimi canlı "smaylik"lərdən (Animoji) istifadəyə imkan verəcək.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.