Mobil telefon

Durov dollar milyarderi oldu

20 Fevral 2018 08:21
1 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Telegram" messencerinin yaradıcısı Pavel Durovun sərvəti 1,7 milyard dollara çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu hesablamanı "Forbes" aparıb.

"Messencer 1 milyard dollardan bahadır, onun yaradıcısı Pavel Durov isə dollar milyarderidir. İlkin qiymətləndirmələrə əsasən "Telegram"ın təsisçisinin sərvəti azı 1,7 milyard dollardır və yüksəliş imkanları hələ qalır", - deyə "Forbes"un  açıqlamasında bildirilib.

Xatırladaq ki, P. Durov "Forbes"un Rusiya ilə bağlı siyahısına ilk dəfə 2016-cı ilin aprelində düşüb. Onun sərvəti 600 milyon dollar həcmində qiymətləndirilib və o, Rusiyanın ən zəngin adamlarının sıralamasında 125-ci olub. 

Qeyd edək ki, "Telegram" 2013-cü ildə yaradılıb. P. Durov messenceri 5 milyard dollara satmaq barədə təklifi rədd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.