Mobil telefon

“Xiaomi Mi 7” smartfonunun ilk şəkilləri yayıldı

15 Fevral 2018 08:45
0 Şərh     Baxış: 1 499

İnternetdə çərçivəsiz "Xiaomi Mi 7" smartfonunun ilk şəkilləri yayılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu smartfonun hər il Kataloniyanın paytaxtında keçirilən MWC sərgisində təqdim olunması gözlənilir.
 
Tərtibatçılar telefonu çərçivəsiz ekranla, şüşə korpusla və barmaq izləri üçün skanerlə təchiz ediblər. İlkin məlumatlara əsasən, cihazı 5,5 düym həcmli çərçivəsiz AMOLED ekranla təchiz edəcəklər.
 
Mi 7 smartfonu ABŞ-ın "Qualcomm" şirkətinin istehsalı olan "Snapdragon 845" prosessoru ilə işləyəcək. Smartfonun əməliyyat yaddaşı 6 və ya 8 GB təşkil edəcək. Onun əlavə yaddaşı isə 64 və ya 128 GB olacaq. Smartfonun arxa panelində 16 meqapiksel həcmində ikili kamera yerləşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.