Mobil telefon

Bu il buraxılacaq iPhone-ların qiyməti məlum olub

15 Fevral 2018 08:11
0 Şərh     Baxış: 2 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti 2018-ci ilin payızında üç yeni "iPhone" smartfonu təqdim edəcək. Modellərin əsas fərqi çərçivəsiz "Super Retina" ekranı olacaq. Hazırda isə internetdə 2018-ci ildə buraxılacaq "iPhone" modellərinin qiyməti dərc edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ istehsalçısı istifadəçilərin tələbatını öyrənmək məqsədilə "iPhone X" smartfon modelini buraxıb. Yeni qurğu əlavə funksiyalar və xüsusi komplektləşdirmə baxımından istifadəçilərin rəğbətini qazanıb. Alıcıları razı salmaq üçün sentyabrda 3 yeni qabaqcıl modelin təqdimatı planlaşdırılır. İlkin məlumatlara görə, modellər çərçivəsiz ekran, üz skaneri ilə təchiz ediləcək və simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək.

Məşhur analitik Fil Cons satış bazarının "Apple" şirkəti tərəfindən yeni məhsulların buraxılması ilə əlaqədar qiymət siyasəti barədə fikirlərini bölüşüb. Belə ki, "IPS" ekranlı 6,1 düym diaqonallı "iPhone" modelinin qiyməti 800-950 dollar, "OLED" displeyli 5,8 düymlük "iPhone"un 950-1100 dollar, "OLED" ekranlı 6,5 düym diaqonallı "iPhone" smartfonunun isə 1100-1250 dollar təşkil edəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.