Mobil telefon

2018-ci ilin “iPhone”larının qiyməti məlum oldu

13 Fevral 2018 08:35
0 Şərh     Baxış: 2 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti 2018-ci il payızın əvvəlində üç ədəd yeni "iPhone" smartfonunu təqdim etməyi planlaşdırır. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ənənəyə əsasən, 2018-ci ilin cihazları hələlik tam olaraq açıqlanmır.

Ancaq məlumdur ki, bu modellərin əsas özəlliyi "Super Retina" çərçivəsiz ekranı olacaq. Həmçinin smartfonların üz skaneri olacaq və naqilsiz enerji doldurulmasını dəstəkləyəcəklər. 

Şəbəkədə artıq 2018-ci ildə istehsalı nəzərdə tutulan "iPhone"ların qiymətləri də dərc edilib. Tanınmış analitik Fil Cons "Apple" şirkətinin qiymət siyasətindən danışıb. Onun proqnozlarına əsasən, 6,1 düym həcmli İPS ekranlı smartfon 800-950 dollar qiymətində olacaq. 5,8 düym ölçülü OLED ekranlı smartfon 950-1100 dollar qiymətində olacaq. 6,5 düymlük OLED ekranlı "iPhone" isə 1100-dən başlayaraq 1250 dollar qiymətində satılacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.