Mobil telefon

Çinlilər “iPhone X”in tam oxşarını yaratdı

13 Fevral 2018 08:15
0 Şərh     Baxış: 1 456

Çində "iPhone X" flaqman smartfonlarının bu günə qədər bütün bazarda mövcud olan ən dəqiq oxşarının satışlarına başlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni "OWWO X" əsl "Apple"i 99 faizdən çox təkrarlayır. Ən kiçik hissəsi isə onun əməliyyat sistemidir ki, onu da təkrarlamaq mümkün deyil.

Ümumilikdə smartfon 5,7 düym həcmli "Full HD+" displeyi ilə təchiz edilib. Cihazın keyfiyyətli işləməsinə isə 2,5 Ghz tezlikli 10 nüvəlik "MediaTek" prosessoru məsuliyyət daşıyır.

Bundan başqa, yenilik möhtəşəm 16 meqapiksel gücündə kameraya malikdir. Onun 3180 mA/saat gücündə akkumulyatoru mövcuddur. "OWWO X" smartfonunun qiyməti isə təxminən 380 manat təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.