Mobil telefon

App Store dünya kino sənayesini ötəcək

18 Yanvar 2018 08:59
0 Şərh     Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il "iOS" sistemli qurğular üçün proqram və oyunlar satılan "App Store" rəqəmli məzmun mağazası dünya kino sənayesindən daha çox gəlir qazanacaq. "Asymco" şirkətinin analitiki Horas Dedyunun hesablamalarına görə, 2011-ci ilin ortalarından "Apple" şirkətinin proqram satışı, proqramlar daxilində alış-veriş və ödənişli abunə sistemindən qazancı ildə 5 milyard dollar yüksəlir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2015-ci ildə "Apple" onlayn mağazası ilk dəfə Hollivud film sənayesindən daha çox gəlir qazanıb, 2018-ci ildə isə bütün dünya kinoprokatından daha çox gəlir qazanacaq. Ötən il "Apple" şirkəti proqramçılara 26,5 milyard dollar ödəyib.

Ekspertlərin proqnozuna görə, bu il "Apple" şirkətinin istehsalı olan cihazların sahibləri hər gün mobil proqramlara 100 milyon dollar xərcləyəcək. Müqayisə üçün 2012-ci ildə "Google" şirkəti "AdWords" kontekst reklamından təxminən 100 milyon dollar qazanmışdı.

"Asymco" analitik şirkətinin qiymətləndirməsinə görə, 2019-cu ilədək "App Store" rəqəmli məzmun mağazasının qazancı 1,5 trilyon dollar məbləğində olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.