Mobil telefon

iPhone-ların zəiflədilməsi barədə izah istənilir

15 Yanvar 2018 08:05
0 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı senator "Apple" şirkətinin CEO-su Tim Cook-a köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsi barəsində sualların əks olunduğu məktub göndərib.
Milli.Az technote.az-a istinadən bildirir ki, bu barədə The Wall Street Journal saytı xəbər verib. Söhbət, ticarət, elm və nəqliyyat üzrə komitetin rəhbəri və ABŞ Konqressi Senatı John Thune-nun məktubundan gedir. Qeyd etmək lazımdır ki, köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsi məsələsi ortaya çıxandan sonra "Apple" bütün istifadəçilərdən üzr istəmiş, smartfon batareyalarının dəyişilməsində endirim təklif etmiş və yaxın zamanda batareyaların vəziyyətlərinə nəzarət üçün yeni iOS versiyasına özəl funksiyanın əlavə olunacağına söz vermişdi. Öz məktubunda senator Thune qeyd edib ki, istehlakçılar təfədindən şirkətə olan irimiqyaslı tənqiddən sonra şirkət bu məsələyə daha şəffaf aydınlıq gətirməlidir.

Əsasən Thune "Apple" şirkətinin batareyaları tamamilə pulsuz dəyişilməsi imkanını gözdən keçirib-keçirməməsini soruşub. Həmçinin senatoru maraqlandıran suallar arasında "Apple"ın, istehlakçıları smartfon sistemini zəiflədən iOS yenilənmələri barəsində xəbərdar edib-etmədiyi və istifadəçilərin həmin yenilənmədən imtina etmə imkanlarına sahib olub-olmamaları var. Həmçinin Thune bilmək istəyib ki, bu cür zəiflətmə üsulu həmdə əvvəlki iPhone modellərində tətbiq olunubmu? Bütün bu suallara şirkətin 23 Yanvar tarixinədək cavab verməsi məktubda qeyd edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.