Mobil telefon

Xiaomi termometri hamilə qalmağa kömək edəcək

13 Yanvar 2018 08:15
2 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Xiaomi" şirkəti qadınlar üçün nəzərdə tutulan yeni məhsul təqdim edib. "Xiaomi Smart Female Thermometer" adlanan qurğu hamilə qalmağa kömək edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qurğuda temperaturun ölçülməsində səhv 0,05 °S təşkil edir. Bundan sonra qadınlar mayalanma üçün optimal vaxtı müəyyənləşdirə biləcəklər.

Məlumata görə, "Xiaomi Smart Female Thermometer" ovulyasiya zamanı temperaturun ölçülməsi üçün nəzərdə tutulub. Həkimlər tərəfindən termometrin uşağın mayalanması üçün optimal vaxtın sürətli və dəqiq təyini üçün əhəmiyyətə malik olması qeyd olunur. Qurğu ABŞ-ın "Texas Instruments" şirkətinin prosessoru ilə təchiz edilib.

Yanvarın 31-dən etibarən satışa çıxarılacaq "ağıllı" termometrin qiyməti 20 dollara bərabər olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.