Mobil telefon

Yeni Nokia 6 təqdim olundu

11 Yanvar 2018 08:01
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"HMD Global" şirkəti Çində "Nokia 6" smartfonunun ikinci nəslini təqdim edib. Orta səviyyəli yeni model dəbdə olan çərçivəsiz displeylə təchiz edilməyib, amma smartfonun əsas xüsusiyyətləri məlumdur.

Smartfonda barmaq izləri skaneri arxa panelə keçirilib, ekranın alt hissəsindəki düymələr ləğv edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, metal korpusa salınmış smartfon "Full HD" (1920x1080 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, "Corning Gorilla Glass 3" qoruma şüşəsi, 16 meqapiksellik əsas, 8 meqapiksellik ön kamerası, əvvəlki nəsil modellə müqayisədə daha güclü prosessor, 4 QB əməli yaddaş, 32/64 QB daxili fləş yaddaşla təchiz edilib. 3000 milliamper/saat tutumlu akkumulyator sürətli enerjidoldurma texnologiyasına malikdir.

Smartfon "Android 7.1.1 Nougat" mobil əməliyyat sistemi ilə idarə olunur.

İki SİM kart, "4G VoLTE", "Wi-Fi" (802.11 a/b/g/n), "Bluetooth 5", FM radiosu dəstəklənir, USB Type-C portu və qulaqlıqlar üçün 3,5 mm-lik konnektoru mövcuddur. Aparatın çəkisi 172 qram təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.