Mobil telefon

iOS 11.2.2 versiyası təqdim olundu

11 Yanvar 2018 08:05
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "iPhone", "iPod Touch" və "iPad" qurğuları üçün "iOS 11.2.2" versiyasını çıxarıb.

İstənilən şəxs əməliyyat sisteminin yeni versiyasını yükləyə bilər. Bunun üçün qurğuda sazlamalar bölməsinə daxil olmaq, "Əsas" adlı altmenyuya keçmək və "Proqram təminatının yeniləməsi"ni seçmək lazımdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu yeniləmədə "Safari" brauzeri üçün təhlükəsizlik paketi nəzərdə tutulub. Həmçinin əməliyyat sisteminin yeni versiyası bu yaxınlarda "ARM", "Intel" və "AMD" prosessorlarında aşkar edilmiş "Spectre" boşluğu vasitəsilə "iOS" sistemi ilə işləyən qurğuları müdaxilədən qoruyur.

"Apple" bütün istifadəçilərə yeni versiyanı quraşdırmağı tövsiyə edir, çünki hakerlər prosessorda aşkar edilmiş boşluğa görə "iPhone" və "iPad" sahiblərinin fərdi məlumatlarına müdaxilə edə bilər.

"iOS 11.2.2" versiyası aşağıdakı qurğularda dəstəklənir: "iPhone 5s" və daha sonrakı versiyalar, "iPad Air" və daha yeni, "iPod Touch 6".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.