Mobil telefon

iPhone üçün dəri skaneri təqdim olundu

11 Yanvar 2018 07:11
0 Şərh     Baxış: 1 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neutrogena" kosmetika brendi dərinin skan edilməsi üçün "SkinScanner" qurğusunu və "Skin360" mobil əlavəsini təqdim edib. Texnologiya istifadəçinin dəri problemlərini aşkarlayacaq, eləcə də profilaktika üsullarını təklif edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, skaner "iPhone" smartfonunun yuxarı hissəsinə bərkidilərək dəriyə yaxınlaşdırılır, əlavə isə onun vəziyyətini müəyyənləşdirir. Skaner və smartfon arasında bağlantı "Bluetooth" vasitəsilə həyata keçirilir.

"SkinScanner" qurğusunun və "Skin360" əlavəsinin rəsmi təqdimatı yanvarın 9-12-də keçiriləcək "CES-2018" Beynəlxalq istehlak elektronikası sərgisi çərçivəsində planlaşdırılır. Qurğu və əlavə yalnız "iPhone" smartfon modelini dəstəkləyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.