Mobil telefon

Ağıllı sviterə patent verildi

16 Dekabr 2017 07:33
0 Şərh     Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "Samsung" şirkəti istifadəçilərə qurğuları enerji ilə doldurmağa imkan verəcək "ağıllı" sviter modeli üçün patent hüququ alıb. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin planlarına görə, cemper enerjini əl hərəkətlərindən hasil edəcək. Qollarda və geyimin ön hissəsində xüsusi ötürücülərin quraşdırılması nəzərdə tutulur.
 
Akkumulyator kürəyin arxa hissəsində yerləşəcək. Hazırda onun həcmi barədə məlumat verilməsə də, patent müraciətinə görə, mütəxəssislər tərəfindən zəif gücə malik batareyadan istifadə planlaşdırılır.
 
Yeni texnologiyanın yanvarda Las-Veqasda keçiriləcək "CES-2018" sərgisində nümayişi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.