Mobil telefon

Dinləməni istisna edən telefon yaradıldı

16 Dekabr 2017 08:21
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fərdi məlumatların mühafizəsi ən müxtəlif üsullarla həyata keçirilir. Bu məsələ xüsusilə aktualdır, çünki fərdi xarakterli istənilən informasiya, bir qayda olaraq, digər insanları maraqlandırır və lazımi texniki bacarıq vaxtı telefon söhbətini dinləmək və ya başqa kompüterdən məlumatları oğurlamaq mütəxəssislər üçün çətinlik törətmir. Moskva Dövlət Universitetinin alimləri bu problemin həlli üçün yeni üsul təklif ediblər. Onlar dinləmə imkanını istisna edən unikal kvant telefonu yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu telefon aşağıdakı qaydada hazırlanıb. Şifrlənmiş siqnal ənənəvi kanal vasitəsilə ötürülür, amma şifrləmə açarları xüsusi açar paylama serverinin köməyi ilə təhlükəsiz kvant rabitəsi vasitəsilə ötürülür. Mütəxəssislər iddia edirlər ki, istənilən şifrlənmiş sistemin əsas boşluğu məlumatların ötürülməsi zamanı açarın müştərilər arasında ötürülməsi vaxtı ələ keçirilməsi ilə bağlıdır. Kvant rabitəsi açarın ələ keçirilməsini qeyri-mümkün edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.