Mobil telefon

“Meizu” flaqman smartfonlarının qiymətini xeyli aşağı saldı

16 Dekabr 2017 08:05
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Meizu" şirkəti öz flaqman smartfonlarının qiyməti ciddi şəkildə aşağı salmaq qərarına gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, dünəndən etibarən "Meizu Pro 7"-nun rəsmi saytda qiyməti 300 dollardır. Ancaq buna qədər onun qiyməti 370 dollar təşkil edib. 

Bir gün əvvəl "Meizu Pro 7 Plus" smartfonunun qiyməti 500 dollar olub. Hazırda isə onu 425 dollara əldə etmək mümkündür.
 
Xatırladaq ki, satışların başlanğıcında bu cihazların qiyməti müvafiq olaraq 430 və 530 dollar olub.

Ümumilikdə "Meizu" şirkətinin yeni nəsil smartfonların istehsal edəcəyini gözləmək çox tezdir. Ancaq şəbəkədə "Meizu 15" və "15 Plus" smartfonları barəsində artıq məlumatlar yayılıb. Qiymətlərə baxdıqda, məhz bu smartfonlar aktual flaqmanları əvəz edəcək. Bunun üçün də çox güman ki, qiymətlərin düşməsi birbaşa olaraq yeni cihazların satışa çıxacağı ilə bağlıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.