Mobil telefon

iPhone-lar yeni batareya ilə təchiz ediləcək

14 Dekabr 2017 08:59
0 Şərh     Baxış: 1 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "OLED" ekranlı gələcək smartfonlar üçün "L" hərfi şəklində olan batareyaların hazırlanması ilə məşğuldur.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "KGI Securities" şirkətinin analitiki Minq-Çi Kuonun sözlərinə görə, gələcək modellərin akkumulyator tutumu artırılacaq. Yeni batareyaların tədarükçüsü qismində Cənubi Koreyanın "LGC" şirkətinin çıxış edəcəyi gözlənilir.
 
Məlumata görə, smartfonların ölçüləri azaldıqca istehsalçılar daxili elementlərin yerləşdirilməsi üzrə məhdudiyyətlərlərlə üzləşirlər. Batareya adətən telefon konstruksiyasında ən böyük hissələrdən biri olur və qurğunun qalınlığına və xarici görünüşünə təsir göstərir.
 
Akkumulyatoru gücləndirməklə yanaşı, "iPhone X" modelinin innovativ lakonik dizaynını saxlamaq üçün "Apple" şirkəti batareyanı qoşalanmış - latın qrafikasının "L" hərfi formasında hazırlayıb. Yeni qurğunun təqdimatı ərəfəsində batareyanın birkomponentli olacağı ilə bağlı şayiələr dolaşsa da, istehsalçıların planlarının həyata keçməməsi səbəbindən iki akkumulyator bir modulda birləşdirilib.  
 
"Apple" və "LGC" şirkətləri əməkdaşlıq qura biləcəyi təqdirdə növbəti ildə "OLED" ekranlı 5,8 düym diaqonallı və akkumulyator tutumu 2 900 milliamper/saatdan 3 min milliamper/saatadək "iPhone" modeli və akkumulyator tutumu 3 300 milliamper/saatdan 3 400 milliamper/saatadək 6,5 düym diaqonallı versiya təqdim oluna bilər.
 
Müqayisə üçün qeyd edək ki, "iPhone X" modelində enerji elementinin tutumu 2,716 milliamper/saata bərabərdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.