Mobil telefon

“Xiaomi” bir rübdə 27,6 milyon smartfon satdı

12 Dekabr 2017 08:05
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "Xiaomi" şirkəti tanınmış brendlər arasında ən əlçatan tam ekranlı "Redmi 5" və "Redmi 5 Plus" smartfonlarını təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, istehsalçı elan edib ki, bu ilin üçüncü rübünün nəticələrinə əsasən, 27,6 milyon ədəd smartfon satışına nail ola bilib.
 
Nəticədə "Xiaomi" dünyada ən yaxşı beş tədarükçüləri siyahısına daxil ola bilib. Bununla da şirkət bazar payını 3,7 faizdən 7,4 faizə qədər artıra bilib. Ötən ilin üçüncü rübü ilə müqayisədə şirkətin satışları 102,6 faiz artıb.

Xatırladaq ki, "Xiaomi" Hindistanda smartfon bazarındakı böyüklüyünə görə ikinci olan "Samsung" şirkətini qabaqlamaq üzrədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.