Mobil telefon

LG Signature Edition smartfonu buraxılıb

12 Dekabr 2017 08:31
0 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"LG Electronics" şirkəti qabaqcıl "V30" modelinin Cənubi Koreya bazarı üçün nəzərdə tutulan bahalı versiyasını təqdim edib. Üç min ədəd tirajla buraxılacaq "LG Signature Edition" modeli "LG Signature" smartfonlarının yeni seriyasını açır.   
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "LG Signature Edition" smartfonunun hazırlanmasında bahalı materiallardan, o cümlədən arxa paneldə cızılmayan sirkon keramikasından istifadə olunub. Alıcılar, həmçinin korpus üzərində öz adlarını yazdıra, satışdan sonra xüsusi xidmətdən yararlana və "Bang & Olufsen" qulaqcıqlı və "Bluetooth" qarniturlu qablaşdırmanı əldə edə biləcəklər.
 
"LG Signature Edition" smartfonunun spesifikasiya baxımından standart "V30" modelindən başlıca fərqi 6 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşda, eləcə də quraşdırılmış  "Android 8.0 Oreo" əməliyyat sistemindədir.
 
Dekabrın sonunda ağ və qara rənglərdə satışa çıxarılacaq "LG Signature Edition" smartfonunun qiyməti 1 800 dollar təşkil edəcək.
 
Qeyd edək ki, əsas "LG V30" versiyası Berlində keçirilən "IFA 2017" sərgisində təqdim olunub və oktyabrın 8-dən satışa çıxarılıb. Qabaqcıl modelin başlanğıc qiyməti 810 dollara bərabər olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.