Mobil telefon

Yeni Xiaomi smartfonları təqdim olundu

12 Dekabr 2017 08:11
0 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" şirkəti "Redmi" istehsal xəttindən iki model təqdim edib. "Redmi 5" qurğusu və "Redmi 5 Plus" modeli tərəflərinin nisbəti 18:9 təşkil edən nazik çərçivəli ekran və "Qualcomm Snapdragon" prosessoru ilə təchiz olunub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, kənarları dairəvi şəkildə olan smartfonların korpusu metaldan ibarətdir və ön paneli tam əhatə edən 18:9 tərəf nisbətində displeylə təchiz edilib. Qurğularda "Home" düyməsi quraşdırılmayıb, daktiloskopik sensor isə ön paneldə yerləşir. Əsas kameralar 12 meqapikselli təsvir ölçüsünə, ön kameralar 5 meqapikselli matrisaya malikdir.
 
 
"Redmi 5" modeli "HD+" təsvir ölçülü 5 düym diaqonallı ekran, "Qualcomm Snapdragon 420" prosessoru və 3300 milliamper/saat tutumlu batareya, "Redmi 5 Plus" versiyası isə "Full HD+" təsvir ölçülü 5,9 düym diaqonallı ekran, yüksək məhsuldarlıqlı "Qualcomm Snapdragon 625" çip və 4 min milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib. Qurğular "Android" əsaslı "MIUI 9" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq "Redmi 5" modelinin qiyməti təxminən 120 dollar təşkil edəcək. Həmçinin qiyməti 135 dollara bərabər 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyanın buraxılması nəzərdə tutulur. "Xiaomi Redmi 5 Plus" smartfonu qiymətləri müvafiq olaraq 150 və 197 dollar təşkil edəcək 3 giqabayt/32 giqabayt və 4 giqabayt/64 giqabayt versiyalarında təqdim olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.