Mobil telefon

HTC U12 haqqında ilk məlumatlar sızdırıldı

9 Dekabr 2017 08:35
0 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Keyforweb adlı saytı "HTC" şirkətinin növbəti flaqman modeli olacaq U12 haqqında ilk məlumatları təqdim edib.
Verilmiş məlumata əsasən HTC U12 şirkətin ilk çərçivəsiz ekrana sahib modeli olacaq və 4K ekran və ikili arxa kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni model şüşəli korpusa sahib olacaq və ənənəvi 3.5 mm-lik audiogirişdən məhrum olacaq. Smartfonun təqribi qiyməti və onun nə zaman təqdim olunacağı barəsində hələki heç bir məlumat yoxdur.

Milli.Az technote.az-a istinadən bildirir ki, "HTC" tək-tük şirkətlərdən biridir ki, hələki öz çərçivəsiz ekranlı smartfon modelini təqdim etməyib. Çox güman ki, bu trend üzrə gedəcək ilk smartfon modeli məhz U12 olacaq. Ümid edirik ki, bu smartfon insanları hal hazırda olan trendlərlə deyil, nəsə qeyri-adi bir özəlliyi ilə təəccübləndirə biləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.