Mobil telefon

Android lazımsız fayllardan təmizlənəcək

9 Dekabr 2017 07:11
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti "Android" sistemi ilə işləyən smartfonun yaddaşını lazımsız fayllardan təmizləmək üçün nəzərdə tutulmuş yeni "Files Go" proqramını "Google Play" tətbiqlər mağazasında yerləşdirib. Utilit dublikatları, istifadə olunmayan proqramları, aşağı təsvir ölçüsünə malik şəkil və videoları avtomatik tapır və silir, həmçinin müvəqqəti fayllar tərəfindən zəbt edilmiş disk sahəsini boşaldır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google"un "ağıllı" alqoritmləri silinməli olan faylları göstərirlər. İstifadəçi proqramı nə qədər tez açırsa, tövsiyələr bir o qədər dəqiq olur. Lazımsız məzmunu daxili yaddaşdan SD karta köçürmək olar.

"Files Go" proqramının daha bir özəlliyi mobil məlumatlardan istifadə etmədən "Bluetooth" vasitəsilə yaxınlıqda yerləşən qurğuya faylları ötürmək imkanıdır. Fayllar saniyədə 125 meqabitədək sürətlə şifrlənmiş kanalla (WPA2) göndərilir. Bu özəllikdən istifadə etmək üçün hər iki cihaza "Files Go" proqramı quraşdırılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.