Mobil telefon

Bu da futbol üzrə Dünya Çempionatının rəsmi smartfonu...

7 Dekabr 2017 08:15
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vivo" şirkəti gələn ilin yayında Rusiyada keçiriləcək futbol üzrə 2018-ci ilin Dünya Çempionatının rəsmi smartfonunu təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, smartfonun Rusiyada təqdimatı hələ baş tutmayıb. Ancaq şəbəkədən artıq məlumdur ki, çempionatın bütün iştirakçılarına arxa panelində çempionatın loqotipi olan "Vivo X20" smartfonları paylayacaqlar. Smartfonun bu modeli "X20 FIFA World Cup" adını alıb.

"Vivo X20" smartfonu orta sinfə aid cihazdır. Onun 6 düymlük çərçivəsiz ekranı mövcuddur. Smartfon 4 GB əməliyyat və 64 GB əlavə yaddaşa malikdir. Cihaz "Snapdragon 660" çipseti ilə çalışır və ikili arxa kamera ilə təchiz edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.