Mobil telefon

Çin tərtibatçıları “App Store”dan 17 milyard dollar qazanıb

7 Dekabr 2017 08:51
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyasının baş direktoru Tim Kuk bildirib ki, Çində 1,8 milyon nəfər mobil əlavə tərtibatçısı "App Srore" platformasından istifadə edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, T.Kuk Vuçjen şəhərində keçirilən İnternet təhlükəsizliyi üzrə Ümumdünya konfransında çıxışı zamanı bildirib ki, öz tərtibatlarından onlar 16,93 milyard dollar pul qazanıblar.
 
Tim Kukun sözlərinə görə, çinli tərtibatçıların əlavələri "App Store"un qlobal satışlarının dörddə birini təşkil edib.
 
Çin "Apple" şirkəti üçün satışların həcminə görə üçüncü bazar hesab edilir. 2017-ci ilin üçüncü rübündə bu bazarın həcmi 2016-cı ilin analoji ilə müqayisədə 40 faiz artıb. Şirkətdə gələcək artımı gözləyirlər ki, bu da "iPhone 8" və "iPhone X" satışlarına olan tələbat sayəsində baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.