Mobil telefon

Ucuz smartfonlar üçün Android Oreo təqdim olundu

7 Dekabr 2017 08:41
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti bu gün "Google For India 2017" tədbirində ucuz smartfonlar üçün platforma haqda əlavə təfərrüatlar elan edib. Xatırladaq ki, ilk öncə "Android Go" kod adlı platforma "Google I/O 2017" konfransında təqdim edilib. Sözügedən platforma 512 MB-1 QB əməli yaddaşa malik qurğular üçün nəzərdə tutulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, indi "Android Oreo" (Go Edition) kimi təqdim edilmiş platforma "Android 8.1 Oreo" versiyasına əsaslanır. Proqramçıların sözlərinə görə, platforma 15% daha yüksək məhsuldarlıq təmin edir. Optimallaşdırma nəticəsində sözügedən sistem ucuz qurğularda sürətli işləyə bilir.

"Google" şirkətinin "Google Go", "Google Maps Go", "Gmail Go", "YouTube Go", "Google Assistant Go", "Files Go" kimi proqramları daha az yaddaş işlədirlər. Bundan başqa, "Google Play Store"nin xüsusi versiyası oxşar tərzdə optimallaşdırılmış proqramları seçib ayıracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.