Mobil telefon

Oneplus 5T smartfonu təqdim olundu

21 Noyabr 2017 08:25
0 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oneplus" şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib. "Oneplus 5T" smartfonu çərçivəsiz dizayna malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alüminium korpusa malik smartfonun arxa panelində barmaq izi skaneri quraşdırılıb. Smartfon "Full HD+" (2160x1080 piksel təsvir ölçülü) formatlı 6,01 düymlük "Optic AMOLED" displey, 20+16 meqapiksellik ikiqat əsas kamera, "Sony IMX371" əsasında 16 meqapiksellik ön kamera, "Qualcomm Snapdragon 835" prosessoru, 6 və ya 8 QB-lıq əməli yaddaş, 64 və ya 128 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.

Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir. Smartfonun ölçüləri 156,1x75x7,3 mm, çəkisi 162 qram təşkil edir. Aparat "Android 7.1.1 Nougat" mobil əməliyyat sistemi ilə işləyir. 2 ədəd SİM kart dəstəklənir, "LTE", "Wi-Fi" (802.11 a/b/g/n/ac), "Bluetooth 5.0", "GPS" və "QLONASS", "NFC", "USB 2.0 Type-C" və 3,5 mm-lik audio konnektor nəzərdə tutulub.

Smartfon noyabrın 21-dən etibarən ABŞ-da 64 QB-lıq versiya üçün 500 dollara əlçatan olacaq. Həmçinin Hindistan, Avropa, Kanada, Çin və Honkonqda satışa çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.