Mobil telefon

WhatsApp yeni funksiya sınanır

21 Noyabr 2017 08:15
2 Şərh     Baxış: 2 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencerinin yaradıcıları "push-to-talk" səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər və həmin vaxtdan həmin funksiyada elə ciddi dəyişiklik edilməyib. İndi servis həmin funksiyanın üzərində işləyir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, indi səsli mesaj yazmağa başlayan kimi "WhatsApp" mikrofon düyməsinin əvəzinə yeni üzə çıxan interfeys göstərəcək. İstifadəçi təxminən yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və artıq barmağı düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq.

Həmçinin birbaşa səsyazma zamanı əvvəlki mesajlarınıza baxmaq imkanı olacaq.

Lakin yeni rejimdə məhdudiyyətlər də nəzərdə tutulub. Birincisi, fasiləsiz səsyazma rejimində şəkillərə baxmaq və ya videolar izləmək, bundan başqa, səsyazma zamanı mesajlar çap etmək və başqa çatlara keçmək mümkün olmayacaq; bu, səs yazısının avtomatik silinməsinə gətirib çıxaracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.