Mobil telefon

OnePlus 5 əlavəsi smartfon üçün təhlükə yaradır

21 Noyabr 2017 08:41
0 Şərh     Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Proqram tərtibatçısı Elliot Olderson "OnePlus 5" smartfonunda "EngineerMode" əlavəsini aşkarlayıb. Mütəxəssis proqramın imkanlarını təhlil edərək onun qurğuya ziyan vura və istifadəçilərin məxfiliyi üçün təhlükə yarada bilməsi qənaətinə gəlib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğunun satışa çıxarılmazdan əvvəl onun iş qabiliyyətinin yoxlanılması üçün nəzərdə tutulan "EngineerMode" əlavəsi ilk baxışdan adi görünür. Lakin məsələ ondadır ki, keyfiyyətin yoxlanışından sonra proqram qurğudan silinməli olduğu halda "OnePlus" şirkəti bunu etməyib. Təhlükə "EngineerMode" əlavəsinin smartfonun idarəetməsi üzərində böyük hüquqlara malik olmasındadır.
 
E.Olderson problemlə bağlı "OnePlus" şirkətinə müraciət edib. Onun sorğusuna reaksiya verən şirkət təsisçisi Karl Pey tərtibatçıya problemi aşkarladığına görə minnətdarlığını bildirib.
 
Tərtibatçının məlumatına görə, "OnePlus 3", "OnePlus 3T" və "OnePlus 5" smartfonlarında quraşdırılan potensial təhlükəli proqramla sistem əlavələri siyahısında tanış olmaq mümkündür.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.