Mobil telefon

“Samsung” çərçivəsiz smartfonun kiçik versiyasını yaradacaq

18 Noyabr 2017 08:15
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti çərçivəsiz kompakt cihazlar əldə etməyi arzulayan fanatların arzusunu həyata keçirməyə hazırlaşır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni telefon 5 düymdən artıq ölçüsü olmayacaq ekrana malik olacaq.
 
Bu barədə məlumat "Twitter"in Çin analoqu olan "Weibo" sosial şəbəkəsində axtarışların nəticəsi olaraq bir araşdırmaçı tərəfindən yerləşdirilib.
 
Təqdim olunan məlumatlara əsasən, burada söhbət "Samsung"un "Infinity Display" flaqman cihazından gedir. Ancaq insayder tərtib edilən cihazın satışa çıxarılacağına şübhə edir.
 
Eyni zamanda Rusiyada 4 düym ölçü ekranlı "iPhone SE" smartfonu populyarlıq qazanmaqda davam edir. Avqust-sentyabr aylarının nəticələrinə görə, bu cihaz ən çox satılan cihaz olaraq qalmaqdadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.