Mobil telefon

iPhone X-dakı problemlər etiraf olundu

18 Noyabr 2017 08:59
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyası "iPhone X" qurğusunda sensor ekranla bağlı problem olduğunu etiraf edib. Belə ki, smartfon soyuq havada toxunuşlara reaksiya vermir. Şirkət tezliklə bu çatışmazlığı aradan qaldırmağı planlaşdırır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Apple" şirkəti bu vəziyyəti yalnız "Reddit" istifadəçisinin şikayətindən sonra şərh edib. Digər "iPhone X" sahibləri də bu istifadəçini dəstəkləyiblər.
 
"Biz havanın kəskin soyuqlaşmasından sonra "iPhone X" qurğusunda ekranın toxunuşlara reaksiya verməməsindən xəbərdarıq. Bir neçə saniyə sonra ekran yenidən toxunuşlara reaksiya verir. Bu problemin həlli smartfonun növbəti yeniləmələrində əsas məsələlərdən biri olacaq" -  şirkətin nümayəndəsi deyib.
 
ABŞ şirkəti noyabrın əvvəlində "iPhone X" qurğusunda ekranın alışa bilməsi ilə bağlı xəbərdarlıq edib. Uzun müddət ekranda yüksək kontrastlı parlaq şəkil açıq olduqda belə effekt yaranır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.