Mobil telefon

Gələn il 3 yeni iPhone smartfonu buraxılacaq

18 Noyabr 2017 07:22
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti 2018-ci ildə "iPhone X" modeli əsasında üç yeni smartfon buraxa bilər. Bu barədə "Macrumors" portalı "KGI Securities" şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən məlumat verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, proqnozlara görə, iki yeni model 5,8 və 6,5 düym diaqonallı (bir düym üçün müvafiq olaraq 458 və 480-500 piksel təsvir ölçülü) "OLED" ekranla, üçüncü model isə 6,1 düym diaqonallı (bir düym üçün 320-330 piksel) "LCD" displeylə təchiz ediləcək.
 
Bildirilir ki, dizayna görə hər üç smartfon "iPhone X" modelinə bənzəyəcək. Bundan başqa, onlar "True Depth" kamerasına malik olacaq.
 
Ekspertin proqnozuna görə, "LCD" modelinin qiyməti 649-749 dollar arasında dəyişəcək. "OLED" modellərinin ehtimal olunan qiyməti barədə məlumat verilmir.
 
"KGI Securities" şirkətinin əvvəlki proqnozuna görə, "Apple" şirkəti 2018-ci ildə "Touch ID" texnologiyasından (smartfonun barmaq izinə görə blokdan çıxarılması) imtina edərək "Face ID" (smartfon istifadəçisinin sifətini tanıyır) texnologiyasından istifadəyə keçəcək. Bundan əlavə, "OLED" modelləri üçün paslanmayan poladdan təkmilləşdirilmiş korpusun hazırlanacağı gözlənilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.