Mobil telefon

Ən yaxşı smartfonların REYTİNQİ

18 Noyabr 2017 07:11
0 Şərh     Baxış: 1 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gsmarena" saytında noyabrın birinci yarısı üzrə dünyada 10 ən populyar smartfonun reytinqi yerləşdirilib. Çin şirkətinin "Oppo F5" smartfonu sözügedən reytinqdə birinci yeri tutub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, reytinqin tərtibi zamanı mütəxəssislər bu və ya digər cihazla bağlı populyar axtarış sistemlərində sorğuların sayını əsas götürüblər. Statistikanın araşdırılması zamanı məlum olub ki, Çin şirkətinin "Oppo F5" smartfonu reytinqdə birinci yerdə qərarlaşıb. İkinci yerdə "iPhone X" smartfonu yerləşib. Kifayət qədər yaxşı ön kameraya malik "Xiomi Redmi Y1" smartfonu üçüncü yeri tutub.
 
"Samsung Galaxy J7" və "Xiaomi Mi A1" smartfonları ilk beşlikdə yer alıblar. Hər iki qurğu əlçatan qiymətə və yaxşı keyfiyyətə malikdir. Sonrakı iki yeri Cənubi Koreyanın "Samsung" şirkətinin "Galaxy Note" və "Galaxy S8" smartfonları tutublar. Əfsanəvi "Motorola" şirkəti tərəfindən hazırlanmış "Moto X4" smartfonu reytinqin sonuncu pilləsində qərarlaşıb.
 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.