Mobil telefon

iPhone X-in maya dəyəri 357,5 dollardır

16 Noyabr 2017 07:21
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil bazar ekspertləri "iPhone X" smartfonunun maya dəyəri və qiyməti arasında kəskin fərq olmasını müəyyənləşdiriblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "VistaNews" resursuna istinadən yazır ki, məlum olub ki, "Apple" şirkəti bir yeni "iPhone X" modelinin istehsalına 357,5 dollar sərf edərək onu 999 dollara satır.
 
Ekspertlərin sözlərinə görə, ABŞ korporasiyası hər satılan "iPhone X" modelindən 64 faiz gəlir əldə edir. Bununla əlaqədar olaraq mütəxəssislər "Apple" məhsullarının qiymətinin tədricən bahalaşacağını proqnozlaşdırırlar.
 
Bildirilir ki, maya dəyəri 357,5 dollar olmaqla satış qiyməti 999 dollar səviyyəsində müəyyənləşdirilən "yubiley" "iPhone X" smartfonu ilə yanaşı, şirkət qiyməti 699 dollar təşkil edən "iPhone 8" modelindən 59 faizlik mənfəət götürür. "iPhone 8" ekspertlər tərəfindən "iPhone 7" modelinin modernləşdirilmiş versiyası hesab edilsə də, qurğuların maya dəyəri və müəyyənləşdirilən qiyməti arasında kəskin fərq mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.