Mobil telefon

iPhone X-in ilk dözümlülük testi keçirildi - VİDEO

14 Noyabr 2017 07:33
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

iPhone X-in yenicə satışa çıxmasına baxmayaraq artıq bir çoxları onun dözümlülük qabiliyyətini yoxlayırlar.
EverythingApplePro adlı YouTube bloggeri bu cür testi keçirdən ilk şəxslərdən biri olub və hətta onu iPhone X-in bahalı təmir qiymətləri də qorxutmayıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, dözümlülük testində müqayisə üçün o, iPhone 8-dən istifadə edib. İlk öncə hər iki smartfon qoruyucu keysdə beton səthə atılıb. Bu testdən hər iki smartfon da uğurla keçib. Daha sonra həmin test qoruyucu keys olmadan 1 metr hündürlükdən edilib. Bu halda da smartfonlar zədələnməyiblər.

Yəni yeni iPhone modellərinin şalvarınızın cibindən yerə düşməsi barədə narahat olmağa dəyməz. Lakin insan boyunun hündürlüyündən düşmə zamanı iPhone 8 dözməyib. Bu zaman arxa paneldəki şüşədə çatlar yaranıb. Smartfon həmçinin kənarı üstə düşmə testindən də keçə bilməyib. iPhone X isə bu testlərdə təəccübləndirib. Belə ki, o, insan boyu hündürlüyündən, kənarı və ekranı üstə düşmə testlərindən keçə bilib. Lakin testlərdən keçməsinə baxmayaraq iPhone X-in iş prosesində bəzi problemlər yaranıb. Belə ki, Face ID sensorları çalışmayıb və o texnologiya sayəsində smartfonu blockdan çıxartmaq mümkün olmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

iPhone X-in ilk dözümlülük testi keçirildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.