Mobil telefon

'Apple' 'Qualcomm' ilə yollarını ayırır

14 Noyabr 2017 07:22
0 Şərh     Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

The Wall Street Journal-ın verdiyi xəbərə əsasən yeni model iPhone və iPad-larda "Qualcomm" şirkətinin istehsalı çiplər olmayacaq.
Məlumata əsasən "Apple" şirkəti Intel və MediaTek çipləri əsasında öz cihazlarını istehsal etmək ehtimalını düşünür.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu ilin yanvar ayında "Apple", "Qualcomm"u məhkəməyə verib ondan 1 milyard dollar tələb edəndən sonra "Qualcomm" öz prosessorlarının iPhone və iPad modellərində test edilməsindən imtina etdi. Hər iki şirkət arasında məhkəmə prosesi indiyənə kimi gedir.

"Apple" şirkəti bildirib ki, "Qualcomm" öz patentlərinə olan qiymətləri qaldırıb və digər topdan satıcını seçməyə icazə vermir. "Qualcomm" isə öz növbəsində iPhone modellərinin ABŞ-a idxalının qadağan olunmasını tələb etdi. Bundan əlavə olaraq bu ayın əvvəlində "Qualcomm" şirkəti bildirdi ki, "Apple" onun 3 patentini qanunsuz şəkildə istifadə edir və bununla bağlı Çin məhkəməsinə baş vuraraq iPhone modellərinin Çində satılmasına qadağanın qoyulmasını tələb etdi.

Beləliklə "Qualcomm" istehsalı çiplərin yeni model iPhone və iPad-lərdə olacağı məsələsi hələki sual altında qalır. Qeyd etmək lazımdır ki, köhnə model iPhone-lar üçün "Qualcomm" yeganə çip istehsalçısı qismində çıxış edirdi. iPhone 7-dən başlayaraq isə "Apple" şirkəti, "Qualcomm" və "Intel"in komponentlərini öz cihazlarında birləşdirməyə başladı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.