Mobil telefon

“iPhone”ların Çində istehsalı dayandırılsın! - MƏHKƏMƏ İDDİASI

17 Oktyabr 2017 08:35
0 Şərh     Baxış: 1 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Qualcomm" şirkəti məhkəməyə müraciət edərək "iPhone" smartfonlarının Çində istehsalı və satışının qadağan edilməsini istəyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  "Qualcomm" bildirib ki, "Apple" onun bir sıra patentlərindən qanunsuz istifadə edir və lisenziya haqqını ödəmir.
 
"Qualcomm" mobil telefonlar üçün çip istehsal edir, şirkətin əsas gəlirlərini isə lisenziya ödənişləri təşkil edir. Analitiklərin hesablamalarına əsasən "Apple" lisenziyalar üzrə "Qualcomm"a 2 milyard dollar ödəyir.
 
Qeyd edək ki, bu ilin yanvarında "Apple" məhkəmədə "Qualcomm"dan 773 milyon dollar kompensasiya udub. Səbəb ikincinin bazarı inhisara alması olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.