Mobil telefon

“Apple” Spilberqlə anlaşdı

14 Oktyabr 2017 08:25
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyası tanınmış rejissor Stiven Spilberqə məxsus olan "Amblin Television" şirkəti ilə müqavilə imzalayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən məşhur "Amazing Stories" ("Qəribə hadisələr") serialının davamı kimi 10 yeni bölüm hazırlanacaq. Hər bölümün büdcəsi 5 milyon dollardan çox olacaq.  
 
Bu serial "Apple"ın ilk televiziya layihəsidir. Hazırda layihənin detalları və süjet gizli saxlanılır. S. Spilberqin layihədə icraçı prodüser vəzifəsini tutacağı gözlənilir. Populyar ssenarist və prodüser Brayan Fullerin də işə cəlb olunacağı bildirilir.
 
Qeyd edək ki, "Amazong Stories" S. Spilberqin ideyası ilə çəkilən fantastik teleserialdır. İlk nümayiş 1985-ci ilin sentyabrından 1987-ci ilin aprelinə qədər olub. Serial 5 dəfə "Emmy" alıb.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.