Mobil telefon

Suya düşən smartfonu necə xilas etməli?

14 Oktyabr 2017 08:15
0 Şərh     Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər smartfonunuz suya düşübsə, vaxt itirməyə dəyməz.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ekspertlər hesab edir ki, sadə qaydalara riayət etməklə suya düşmüş smartfonu xilas etmək mümkündür.
 
İlk növbədə suya düşmüş smartfonu dərhal sudan çıxarmaq lazımdır. Çünki suda çox qalan telefonu xilas etmək şansları azalır.
 
Sudan çıxardıqdan sonra telefonu dərhal söndürmək və batareyasını ayırmaq tələb olunur. Onu hissələrə ayırmaq və bir müddət belə saxlamaq lazımdır. Hissələrə ayrılmayan telefonu, sadəcə, söndürmək kifayət edir. Bu, qısaqapanmanın qarşısını almaq üçün gərəkdir.
 
Bundan başqa, əgər sim-kart və yaddaş kartı telefonun içindədirsə, onları da çıxarın! Bu, onları qurutmaq və telefonun içindəki su ilə təmasdan qorumaq üçün lazımdır.
 
Daha sonra qadceti quru horizontal səthin üzərinə qoyun, salfetlə içini və çölünü qurudun. Telefonu salfetə büküb iki gün düyü ilə dolu plastik paketdə də saxlamaq olar. Bu, çox gözəl qurutma üsulu sayılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.