Mobil telefon

Samsung Galaxy ətraf mühiti qiymətləndirəcək

14 Oktyabr 2017 08:51
0 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti smartfona quraşdırılmaqla havanın çirkləndirilməsinin analizini aparan ötürücü üçün patent hüququ alıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırlanan komponent ətraf havanın keyfiyyətini analiz edərək istifadəçiləri onların olduğu mühitin həyati informasiyası barədə məlumatlandıracaq. Cənubi Koreyada verilən patentə görə, skaneri smarton, planşet və "ağıllı" saatlara quraşdırmaq mümkün olacaq.

"Samsung" nümayəndələrinin fikrincə, bazardakı mövcud ötürücülər qeyri-mükəmməldir - onlar ya çox böyük, ya çox kiçikdir, ya da kifayət qədər həssas deyil. Patent hüququ kompakt ölçüyə malik və yüksək dəqiqlikli göstəriciliyi ilə seçilən kəşf üçün əldə edilib. Yeni skanerin səthiliyi korpusun ölçüsünü artırmadan onu smartfona quraşdırmağa imkan verəcək.

Bildirilir ki, müasir smartfonlar gözlənilən pis hava şəraiti barədə xəbərdarlıq edə bilirlər. Hava və çirkləndirmənin keyfiyyətinin analizi dünyanın böyük şəhərlərinin sakinləri, xüsusilə Asiyanın əhalisi sıx əraziləri üçün vacib informasiya hesab edilir.

Məlumata görə, ötürücü havanın təmizliyini qiymətləndirərək çirkdən mühafizə üçün maskanın nə vaxt geyilməsi barədə məlumat verəcək. Bundan başqa, xarici ölkələrə səfər edən insanlar məlumatları real vaxt rejimində yoxlaya və lazımi tədbirlər görə biləcəklər.

Bundan əvvəl "Samsung" günəş aktivliyinin artması barədə xəbərdarlıq edən ultrabənövşəyi şüalandırma ötürücüsünə malik "Galaxy" modelləri təqdim edib. Yeni sensorun çoxsaylı istifadəçilər üçün faydalı olacağı gözlənilir.

Kəşfin Cənubi Koreya istehsalçısının yeni smartfonlarında quraşdırılma müddəti və 2018-ci ildə buraxılacaq "Samsung Galaxy S9" modelinin onunla təchiz ediləcəyi barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.