Mobil telefon

OUKITEL K8000 smartfonunu alan razı qalacaq

14 Oktyabr 2017 08:41
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"OUKITEL" şirkəti smartfon üçün 10 min milliamper/saat tutumunun çox olması qərarına gələrək "K10000" modelinin buraxılışından sonra nisbətən az tutuma malik qurğu buraxmağa hazırlaşır. Belə ki, "OUKITEL K8000" adlanacaq yeni smartfonun akkumulyator tutumu 8 min milliamper/saat təşkil edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yuxarıda qeyd edilən böyük akkumulyator tutumuna malik model bir dəfə enerji ilə doldurmaqla bir həftə işlədiyi halda "OUKITEL K8000" smartfonunun avtonom iş vaxtı 5 günə yaxın olacaq. İstehsalçı nümayəndələrinin sözlərinə görə, smartfon akkumulyator tutumunun böyüklüyünə görə dünyada ikincidir.

Məlumata görə, yeni "K8000" qurğusunun digər müsbət xüsusiyyəti kimi "Samsung AMOLED" matrisalı 5,5 düym diaqonallı ekranı qeyd etmək mümkündür. Displey minimum enerji sərf edən işıqlandırma sisteminə malikdir ki, bu da smartfona həyat resurslarına qənaət etməyə imkan verir. Enerji sərfiyyatına səmərəliliyi onunla optimallaşdırılan "Android 7.0" əməliyyat sistemi də əlavə edir.

Bildirilir ki, alümin "unibody"  korpusuna malik "K8000" 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Bundan əlavə, qurğu 80 dərəcə baxış bucaqlı 16 və 2 meqapikselli iki qoşa arxa kameraya və 13 meqapikselli ön sensora malikdir.

Hazırda satışa çıxarılmağa hazırlaşan "OUKITEL K8000" smartfonu barədə ətraflı məlumatı istehsalçının rəsmi saytından əldə etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.