Mobil telefon

Xiaomi Mi 7-da gözlənilən yenilik olaacq

26 Sentyabr 2017 07:31
0 Şərh     Baxış: 1 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" smartfonlarının indiyədək simsiz enerjidoldurma funksiyasını dəstəkləməməsinə baxmayaraq şirkətin növbəti qabaqcıl modelinin "Qi" simsiz enerjidoldurma standartı ilə təchiz ediləcəyi gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Xiaomi" şirkəti "Wireless Power Consortium" (WPC) konsorsiumuna qoşularaq bu barədə ictimaiyyətə məlumat verməmək qərarına gəlib. Bunu sübut edən materiallar isə konsorsiumun rəsmi saytında dərc edilib. Belə ki, iştirakçılar arasında Çinin mobil elektronika istehsalçısının adı sadalanıb.  

Məlumata görə, "Xiaomi" ABŞ-ın "Apple" istehsalçısından nümunə götürsə, şirkətin növbəti smartfonu simsiz enerjidoldurma modulu ilə təchiz edilə bilər. Son məlumatlara görə, "Xiaomi Mi 7" modeli 2018-ci ilin birinci yarısında təqdim ediləcək. Yeni smartfon 6 düym diaqonallı "AMOLED" ekran, "Snapdragon 845" prosessor, 6-8 giqabaytlıq operativ yaddaşla təchiz olunacaq.

Qeyd edək ki, "WPC" konsorsiumu "Apple", "Samsung", "LG", "Sony" və s. istehsalçıları birləşdirən 243 şirkətdən ibarət beynəlxalq təşkilatdır. Bu ilin fevralında konsorsiuma qoşulan "Apple" altı ay sonra simsiz enerjidoldurma standartını dəstəkləyən ilk "iPhone" modellərini (iPhone 8, iPhone 8 Plus və iPhone X) təqdim edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.