Mobil telefon

iPhone 8 və iPhone 8 Plus-un satışları başlandı

26 Sentyabr 2017 08:11
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22 sentyabrda rəsmən 12 sentyabrda təqdim edilmiş "iPhone 8" və 8 Plus smartfonları "birinci dalğa" ölkələrində satışa çıxarılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu gündən etibarən Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Honkonq, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Çin, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, BƏƏ, Portuqaliya, Puerto-Riko, Sinqapur, ABŞ, Tayvan, Finlandiya, Fransa, İsveç, İsveçrə və Yaponiya sakinləri yeni "iPhone" smartfonlarını satın almaq imkanı əldə ediblər. ABŞ-da "iPhone 8" və "iPhone 8 Plus" smartfonlarının qiyməti müvafiq olaraq 699 və 799 dollardan başlayır.

20 yaşlı "Youtube" bloqeri Mazen Kuruş yeni nəsil "iPhone" smartfonunun ilk alıcısı olub. O, dostları ilə birgə smartfonların təqdimatından sonra "Apple"ın mağazasının yanında çadır qurub.

Bu halda "CNet" nəşri qeyd edir ki, yeni qurğular üçün növbələrin uzunluğu əvvəlki kimi deyildi. Belə ki, çoxları səbirsizliklə 3 noyabrda satışa çıxarılacaq "iPhone X" smartfonunu gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.