Mobil telefon

Selfi zamanı səfirin smartfonu oğurlandı

26 Sentyabr 2017 08:35
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Hindistandakı səfiri İqor Polixa Dehlinin mərkəzində selfi çəkmək istəyərkən gözlənilməz hadisə baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər turistlər arasında populyar olan, orta əsrlərə aid qalada baş verib. Səfir selfi etmək üçün smartfonunu çıxararkən naməlum şəxs ona yaxınlaşaraq smartfonu əlindən alıb və qaçıb.  
 
Dehli polisi hüquq pozuntusu barədə protokol tərtib edib və təhqiqat aparır. Səfir polisə ifadə verib və oğrunu təsvir edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.