Mobil telefon

FİFA-2018-ə həsr edilmiş “iPhone 8” buraxılacaq

26 Sentyabr 2017 08:46
0 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Rich Murray" şirkətinin dizaynerləri futbol üzrə dünya çempionatının rəmzi olan və məhdud sayda bahalı "iPhone 8" modelini buraxacaqlar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tərtibatçılar idman tədbirinə həsr edilmiş zərgərlik qadcetlərinin kolleksiyasını təqdim edəcəklər.

Dizaynerlərin fikrincə, məhdud sayda unikal "iPhone" seriyasının istehsalı 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatını ictimaiyyətin yaddaşına əbədi həkk edəcək. Mütəxəssislərin icadı ABŞ-ın "Apple" şirkətinin müasir cihazını dünyanın əsas idman tədbirinin simvoluna çevirəcək. Şirkətin mütəxəssisləri iddia edirlər ki, cihazlar bahalı daş-qaşlarla bəzədiləcək.

"Rich Murray" şirkətinin yaratdığı "iPhone 8" smartfonlarının 4 variantından ibarət kolleksiyanın əsasında FİFA-2018-ə həsr edilmiş xüsusi rəmz yerləşdirilib. Cihazın korpusunu dünya çempionatının rəmzi bəzəyəcək. Onun dizaynerləri smartfonu zərgərlik emalından və 24 karat qızıldan istifadə edəcəklər.

Variantlardan birini mütəxəssislər idman tədbirinin keçiriləcəyi şəhərə həsr ediblər. Alıcıların öz versiyalarını da seçmək imkanları mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.