Mobil telefon

Məşhur rejissor "iPhone" ilə film çəkdi - VİDEO

23 Sentyabr 2017 08:35
0 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı rejissor Zak Snayder (Zachary Edward Snyder) "iPhone" smartfonu ilə nuar janrında qısametrajlı film çəkib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Qar, buxar, dəmir" adlanan film "YouTube"dakı "Shinyishere" kanalında yerləşdirilib.
 
Annotasiyada qeyd olunur ki, kinolent "iPhone" ilə çəkilib və layihənin həyata keçirilməsində rejissora öz komandası yardım edib. Z. Snayder isə ona oğlu və qızını kömək etdiyini bildirib: "Biz bir yerə yığışanda film çəkmək bir-birimizlə ünsiyyətdən daha asan olur".
 
Rejissor çəkilişdə "iPhone"un hansı modelindən istifadə etdiyini açıqlamayıb. Məlum olan budur ki, çəkilişdə kameralar üçün linzalar, mini relslər, ştativlər, dron və digər yardımçı vasitələrdən istifadə edilib.
 
Xatırladaq ki, Z. Snayder "300 spartalı", "Betmen Supermenə qarşı", "Poladdan insan", "Qoruyucular" və s. məşhur filmlərin rejissorudur.  
 
Qeyd edək ki, nuar janrı Hollivudun 1940-50-ci illərdə çəkdiyi kriminal dramlara şamil olunan kinematoqrafik termindir. Bu janrda çəkilən ekran əsərlərinə bədbinlik, məyusluq, inamsızlıq, ikiüzlülük, zorakılıq atmosferi xasdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.