Mobil telefon

OUKITEL K10000 MAX artıq satışdadır

23 Sentyabr 2017 08:01
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü avtonomluğu və yüksək fiziki dözümlüyü ilə seçilən "OUKITEL K10000 MAX" smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlanılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon "Full HD" təsvir ölçülü 5,5 düym diaqonallı ekran, "IP68" standartına uyğun sukeçirməz korpus və 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Bundan əlavə, yeni qurğu 3 giqabaytlıq operativ yaddaş, səkkiznüvəli prosessor və 13 meqapikselli arxa kameraya malikdir.

Bildirilir ki, smartfonu 256,99 dollara deyil, 199,99 dollara əldə etmək üçün ilkin sifarişin "Gearbest" onlayn mağazasında rəsmiləşdirilməsi tələb olunur.    

"OUKITEL K10000 MAX" smartfonunun qiyməti 60 dollar təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.